10 ildən artıq stajı olan müəllimlər barədə YENİ QAYDAbackend

10 ildən artıq stajı olan müəllimlər barədə YENİ QAYDA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ildən etibarən 10 ildən artıq pedaqoji stajı olub, 3 ildən az müddətdə işdən ayrılan müəllimlərin işə qəbulu müsabiqəsində iştirakı zamanı onların diaqnostik qiymətləndirməsinin balı nəzərə alınacaq.

İnterpress.az Trend-ə istinadən bildirir ki, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib.

Onun sözlərinə görə, bu ildən başlayaraq, müəllimlərin işə qəbul imtahanlarında topladığı bal iki tədris ili ərzində nəzərə alınacaq:

“Bəzi müəllimlər düşünürlər ki, imtahanlarda keçid balını toplasam belə, vakant yer yoxdursa, işə qəbul oluna bilməyəcəyəm. Bəlkə də müəllimin müraciət etdiyi müddətdə vakant yer yoxdur, amma bu, o demək deyil ki, müəlimin topladığı bal öz əhəmiyyətini itirir. Müəllimlər həmin bal əsasında tədris ili ərzində yaranan vakant yerlərə müddətli müqavilə ilə işə qəbul üçün, eyni zamanda növbəti ildə də işə qəbul üçün müraciət edə bilərlər”.

İnterpress.az