“Whatsapp”dan yeni layihəbackend

“Whatsapp”dan yeni layihə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Qaynarinfo-ya istinadla xəbər verir ki, \”Whatsapp tədqiqat mükafatları\” adlanan layihə yalan informasiyalarla bağlı tədqiqat aparanlara 50 min dollara qədər mükafat verməyi nəzərdə tutur. Çox pilləli layihədə ilk olaraq texnologiyanın cəmiyyətə təsirinə işıq tutanlar mükafatlandırılacaq.

Qeyd edək ki, 180 ölkədə 1,5 milyard istifadəçiyə sahib olan sosial şəbəkə dünyanın ən populyar mesajlaşma tətbiqetməsidir. Bu fakt, \”Whatsapp\”ı yalan xəbərlərin yayılma ünvanlarından birinə çevirir.

Layihə, həmçinin yanlış informasiyaların təsir dövrünü, seçkilərlə əlaqədar məlumatlar, qısa müddətdə yayılan paylaşımların xarakteristikası və s. mövzuların araşdırılmasını da nəzərdə tutur.

İnterpress.az