Diaspora Komitəsinin yeni loqosu və xəritəsi təqdim edilibbackend

Diaspora Komitəsinin yeni loqosu və xəritəsi təqdim edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əvvəlcə komitənin kollektivi Fəxri Xiyabanda mərhum lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı üstünə əklil və gül dəstələri qoyublar. Daha sonra oftolmoloq alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət edilib və üzərinə gül dəstələri qoyulub.

Tədbiri giriş sözü ilə komitənin sədri Fuad Muradov açıb. Dövlət başçısının müvafiq sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunan diaspor nümayəndələri- Misirdəki Azərbaycan Diasporunun rəhbəri Nəsirov Seymur Rəhim oğlu, Moskvada Rusiya Vəkillər Gildiyasının üzvü Qarayev Ələkbər Qara oğlu və Amur vilayətindəki Azərbaycan icmasının üzvü Əsgərov Məhəmməd Xəlil oğluna medallar təqdim edilib.

Komitənin yeni loqosunun, yenilənmiş veb saytının, ilk dəfə yaradılan diaspor xəritəsinin təqdimatı keçirilib.

Bildirilib ki, diaspor hərəkatını xarakterizə edən 100 videorolik hazırlanır, tədbir zamanı onların bir neçəsi nümayiş olunub. Bundan başqa yenicə hazırlanmış himni ilk dəfə təqdim olunub

Tədbirdə Komitənin əməkdaşları, bəzi diaspor təşkilatlarının rəhbərləri və nümayəndələri, media təmsilçiləri iştirak edib.

Diaspora Komitəsinin yeni loqosu və xəritəsi təqdim edilib

Diaspora Komitəsinin yeni loqosu və xəritəsi təqdim edilib

İnterpress.az