ADİM Azərbaycanın bütün diaspor nümayəndələrini təbrik edibbackend

ADİM Azərbaycanın bütün diaspor nümayəndələrini təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə ADİM-dən daxil olan məlumatda deyilir.

“Əziz diaspor nümayəndələri! Bildiyiniz kimi, Diasporla İş üzrə Dövlət Komitəsi ümummilli lider Heydər Əliyevin “Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə yaradılıb. 2008-ci il noyabrın 19-da isə Azərbaycan Prezidenti İlham Əliyev “Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” fərman imzalayıb. Bu gün – 5 iyul tarixi həm DİDK-nin 16 illiyi, həm də diaspor sahəsində çalışanlar peşə bayramıdır. Azərbaycan Diasporu İnformasiya Mərkəzi (ADİM) Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) yaradılmasının 16 illiyi və peşə bayramı münasibətilə başda DİDK-nin gənc və perspektivli sədri Fuad Muradov olmaqla, komitənin bütün əməkdaşlarını və dünyanın bütün nöqtələrində Azərbaycan uğrunda təmənnasız xidmət edən diaspor nümayəndələrini təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır” – deyə, ADİM-in təbrikində deyilir.

İnterpress.az