“Soyqırımı: 100 il” sənədli filmi ictimaiyyətə təqdim olunubbackend

“Soyqırımı: 100 il” sənədli filmi ictimaiyyətə təqdim olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 6-da “Azərkitab” kitab təbliğat mərkəzinin konfrans salonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin (İB) ekranlaşdırdığı “Soyqırımı: 100 il” sənədli filminin təqdimat mərasimi keçirilib.

İnterpress.az xəbər verir ki, mərkəzdən bildirilib ki, mərasimi layihənin rəhbəri İB-nin sədri Büllur Məmmədova filmin əhəmiyyətindən söz açıb. Bildirib ki, film daşnakların azərbaycanlılara qarşı soyqırımı cinayəti törətməsinin 100-cü ildönümünə həsr edilib.

Vurğulanıb ki, “Soyqırımı: 100 il” sənədli filmi yalan üzərində qurulmuş erməni təbliğatına növbəti ağır zərbədir. Təşkilat sədrinin sözlərinə görə, növbəti mərhələdə sənədli filmin xarici dillərə dublyaj olunaraq xarici ölkələrə yayılması planlaşdırılır.

“Soyqırımı: 100 il” sənədli filminin nümayişindən sonra ssenari müəllifi və rejissoru Etibar Məmmədov vurğulayıb ki, təqdim olunan ekran əsərində yalnız arxiv sənədlərdən, Fövqəladə İstintaq Komissiyasına ifadələr vermiş 1918-ci ilin mart-aprel hadisələrinin canlı şahidlərinin sözlərindən istifadə olunub.

Tədbir film ətrafında geniş müzakirələrin aparılması ilə davam edib.

İnterpress.az