Orta məktəbdə tarix müəllimidir – Yunis Səfərov haqqında ilginc məlumatlarbackend

Orta məktəbdə tarix müəllimidir – Yunis Səfərov haqqında ilginc məlumatlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi və onunla birlikdə polis əməkdaşını güllələyən Yunis Səfərov haqqında yeni məlumatlar üzə çıxıb.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, Yunis Səfərov Moskva Mədəniyyət və İncəsənət Universitetinin hüquq fakultəsini bitirib.

O, universiteti bitirdikdən sonra, Moskvada 157 nömrəli orta məktəbdə tarix müəllimi işləyib. Moskvada onun tanınmış azərbaycanlı tarixçilərdən biri olduğu bildirilir.

Orta məktəbdə tarix müəllimidir – Yunis Səfərov haqqında ilginc məlumatlar

Y.Səfərovun anası haqqında da yeni məlumatlar üzə çıxıb. Məlumatda deyilir ki, onun anası Leyla Səfərova Rusiyada keçirdiyi tədbirlərdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük rolu olub. Eyni zamanda, L.Səfərovanın Rusiyada Azərbaycan disporunun tanınmış simalarından biri olduğu deyilir. Məlumata görə, L.Səfərova Rusiyada Azərbaycan diasporunun fəaliyyətində yaxından iştirak edən ən fəal azərbaycanlı qadınlardan biridir.

Orta məktəbdə tarix müəllimidir – Yunis Səfərov haqqında ilginc məlumatlar

Qeyd edək ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətləri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsi hadisəsi barədə birgə məlumat yayıb. Məlumatlarda deyilir ki, Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən əvvəlcədən planlaşdırılmış terror aktıdır. Eyni zamanda, rəsmi məlumatda onun 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşayıb və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib.

Xatırladaq ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Yunis Səfərovla birgə cinayətin hazırlanmasında iştirak edən mütəşəkkil cinayətkar dəstənin üzvlərindən daha 3 nəfər tutulub.

İnterpress.az