İran diplomatlarının Hollandiyadan çıxarılmasını pislədibackend

İran diplomatlarının Hollandiyadan çıxarılmasını pislədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Trend İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Kasemiyə istinadən məlumat verib.

Bir neçə gün əvvəl Reuters, Hollandiyanın Kəşfiyyat və Təhlükəsizlik Xidmətinə (AIVD) istinadən, Hollandiya, İran səfirliyinin iki işçisini ölkədən çıxarmaq qərarına gəldiyini bildirdi. Agentliyin nümayəndəsi əlavə məlumatın verə bilmədiyini qeyd edib.

\”İran İslam Respublikası qərarı qeyri-konstruktiv hesab edir\”, – Kasemi bildirib. O, Hollandiya hökumətinin hərəkətini \”məntiqsiz və hüquqi olaraq əsassız\” adlandırıb.

Kasemi, Xarici İşlər Nazirinin köməkçisinin, hökumətin rəsmi etirazını ifadə etmək üçün Hollandiyanın İrandaki səfirini Tehrana çağırdığını əlavə etdi. O, vurğulayıb ki, İran cavab hərəkətlərini tətbiq etmək hüququnu saxlayır.

İnterpress.az