Serj Sarkisyanın qardaşı və qardaşı qızı axtarışa verildibackend

Serj Sarkisyanın qardaşı və qardaşı qızı axtarışa verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xüsusi İstintaq Xidmətinin məlumatında bildirilir.

Bundan başqa, analoji ittiham üzrə Levon Sarkisyanın qızı Ani Sarkisyan barəsində də axtarış elan edilib.

Məhkəmə Levon Sarkisyan barəsində həbs qətimkan tədbiri seçib, Ani və onun qardaşı Narek barəsində isə ərazini tərk etməmə qərarı çıxarıb.

Qeyd edək ki, Levon Sarkisyan 1998-ci ildən Suriya, Tunis və İordaniya kimi ölkələrdə səfir postunda çalışıb. O, 2010-cu ildən xüsusi tapşırıqlar üzrə səfir kimi fəaliyyət göstərir. Statusuna uyğun olaraq təqdim etdiyi bəyannamələrdə əmlakı və gəlirləri barədə dəqiq məlumatlar əks etdirməlidir.

Qeyd edək ki, iyunun 25-də Serj Sarkisyanın digər qardaşı Aleksandr Sarkisyan qanunsuz silah saxlamaqda ittiham olunaraq həbs edilib.

İnterpress.az