Mustafa Hacıbəyli saxlanıldıbackend

Mustafa Hacıbəyli saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri, basta.info saytının baş redaktoru Mustafa Hacıbəyli bu saatlarda saxlanılaraq, Binəqədi rayon Polis İdarəsinə aparılıb. Onun hansı səbəbdən saxlanıldığı məlum deyil.

BakuPost xəbər verir ki, bu barədə Müsavat Divanının üzvü Tofiq Yaqublu öz feysbuk səhifəsində status paylaşıb.

Həmin statusu təqdim edirik: \”Elə indi Müsavat Partiyasının Divanının toplantısı gedərkən, partiyanın mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli 4 nəfər mülki geyimli polis tərəfindən Binəqədi polis idarəsinə aparıldı”.

Qeyd edək ki, M.Hacıbəyli Müsavat başqanı Arif Hacılının qardaşıdır.

İnterpress.az