Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Politoloq: “Ərdoğanın Bakı səfəri dünyaya mesajdır”

Politoloq İlqar Vəlizadə deyir ki, Türkiyədə hər yeni seçilən prezident, baş nazir ilk səfərini Azərbaycana edib.

Dərc edilib: 10 iyul 2018 [11:30]
Baxış sayı: 5729

“Ərdoğanın Azərbaycana səfəri uzun müddətli ənənənin davamıdır”. İnterpress.az xəbər verir ki, bunu Sputnik Azərbaycan-a Türkiyənin yeni seçilmiş prezidenti R.T.Ərdoğanın Azərbaycana edəcəyi səfər haqqında danışarkən politoloq İlqar Vəlizadə deyib.
Politoloq bildirib ki, Türkiyədə hər yeni seçilən prezident, baş nazir ilk səfərini Azərbaycana edib: “Bununla onlar xarici siyasətdəki prioritetlərini açıq-aşkar bəyan edirdilər. Bu, dünyaya olan mesajdır. Hazırda dünyada gedən proseslər siyasi, hüquqi əsaslarını şübhə altına salır. Bəzi hallarda bu, böhranlı vəziyyətə gətirib çıxarır. Azərbaycan-Türkiyə münasibətləri belə mürəkkəb proseslərin qarşısını almağa imkan yaradır. Çünki, bu proqnozlaşdırılan siyasətdir. Bu siyasətin möhkəm dayaqları var”.

Qeyd edək ki, Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğan ilk səfərini iyulun 10-da Azərbaycana edir.

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 112