Böyük Britaniyanın yeni xarici işlər naziri – Cerem Hantbackend

Böyük Britaniyanın yeni xarici işlər naziri – Cerem Hant

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Hantın təyinatı dünən axşam elan olunub. Tereza Meyin Böyük Britaniyanı Avropa İttifaqı üzvlüyündən çıxarmaqla bağlı qərarını \”yumşaq” sayan Conson çıxış yolunu istefa verməkdə görmüşdü. İngiltərənin Aİ-dan tam \”boşanma”sını istəyən Consondan fərqli olaraq Hant \”Breksit” əleyhdarı kimi tanınır.

Qeyd edək ki, Britaniya hökuməti 6 iyulda Aİ ilə gələcək danışıqlara dair mövqeyini razılaşdırmışdı. Mey ölkəsinin Avropa İttifaqı ilə birgə azad ticarət zonası yaratmağa tərəfdar olduğunu açıqlamışdı. Conson isə bu mövqe ilə razılaşmamışdı.

İnterpress.az