Sampaoli Argentina millisində qaldıbackend

Sampaoli Argentina millisində qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qol.az-ın “Ole”yə istinadənn yaydığı xəbərə görə, bu barədə qərar Argentina Futbol Federasiyasının prezidenti Kladio Tapieylə görüşdən sonra verilib.

DÇ-2018-dəki uğursuz çıxışdan sonra Sampaolinin istefaya göndəriləcəyi gözlənilirdi. Lakin onun Argentina ilə 5 illik müqaviləsi olduğundan federasiya üçün bu qərarı vermək asan deyil. Sampaolinin müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi halda ona 8 milyon avro təzminat ödənməlidir.

Qeyd edək ki, 58 yaşlı mütəxəssis 2017-ci ildən Argentina yığmasını çalışdırır.

İnterpress.az