MTRŞ ATV telekanalına xəbərdarlıq edibbackend

MTRŞ ATV telekanalına xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədovun APA-ya verdiyi məlumata görə, iclasda ATV telekanalı tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı müzakirə edilib. O qeyd edib ki, ATV telekanalında həftə içi saat 10.00-12.00 arası yayımlanan, Yusif Ağayevin aparıcılıq etdiyi “10-dan sonra” verilişinin 09.07.2018-ci il tarixli buraxılışında ədəbsiz ifadələrdən, sözlərdən istifadə olunduğuna görə “Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”na xəbərdarlıq elan olunub.

İnterpress.az