Həbs edilən Adnan Oktardan ilk açıqlama: “İnciməmişəm, amma heyrət içindəyəm” -VİDEObackend

Həbs edilən Adnan Oktardan ilk açıqlama: “İnciməmişəm, amma heyrət içindəyəm” -VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, İstanbul Baş Polis İdarəsinin 5 vilayətdə \”Adnan Oktar cinayətkar şəbəkəsi”nə qarşı apardığı əməliyyat uğurlu alınıb və onun özü ilə yanaşı 230-dan çox müridi saxlanılıb.

Rəsmi açıqlamada Adnan Oktarın cinayətkar şəbəkəsinə qarşı irəli sürülən ittihamlar bunlardır: mütəşəkkil cinayətkar dəstə yaratmaq, uşaqların cinsi istismarı, cinsi təcavüz, həddi-buluğa çatmayan şəxslərlə cinsi əlaqə, uşaq oğurluğu, şantaj, insan azadlığını məhdudlaşdırmaq, siyasi və hərbi casusluq, dini inanc və hisslərin istismar edilməsi məqsədilə dələduzluq, şəxsi həyatın gizliliyinin pozulması, rəsmi sənədlərdə saxtakarlıq, terrorla mübarizə qanununa qarşı müxalif olmaq, təhdid, iftira, zorakılıq, xalqı ordudan yayındırmaq, yalançı şahidlik, vergi qanununa müxaliflik, rüşvət, təhsil və təhsil haqqının qarşısının alınması, əziyyət, şəxsi məlumatların qeydə alınması, siyasi haqlardan istifadəyə mane olmaq, ailənin qorunması və qadına qarşı şiddətin qarşısının alınmasına dair qanuna müxalif olmaq.

Aparılan əməliyyat zamanı ümumilikdə 235 nəfər saxlanılıb.

Saxlanılan şəxslər tibbi müayinədən keçirilərək polisə aparılıb.

\”Cümhuriyyət” qəzetinin yazdığına görə, Adnan Oktar həbsi haqda bunları deyib:

\”İngilis kəşfiyyatı uzun illərdir bizə qarşı əməliyyat aparılmasını istəyir. Bununla bağlı Türkiyəyə heyət göndərildi. Tayyib bəyin İngiltərəyə səfəri zamanı bu tələb özünə çatdırıldı. Seçkilərdə Rəcəb Tayyib Ərdoğan və AKP-ni dəstələdik. Biz vətənə, millətə bağlı insanlarıq. PKK-ya, vətən, millət düşmənlərinə, əməliyyat aparılması lazım ikən bizə qarşı aparılır. Bu əməliyyatda Tayyib bəy və daxili işlər nazirinin xəbərinin olduğunu düşünmürəm. İnciməmişəm, amma heyrət içindəyəm”.

Qeyd edək ki, Adnan Oktara məxsus A9 kanalının \”Facebook” hesabındakı son mesajlardan biri prezident Ərdoğanın andiçmə mərasimi ilə bağlı idi:
\”Prezident hökuməti sistemi vətənimizə, dövlətimizə, millətimizə xeyirli olsun. Tayyib hocam xeyir yolunda olduğu üçün İttihadı İslam yolunda olduğu üçün inşallah kürəyi yerə gəlməyəcək”. (sfera.az)

İnterpress.az