Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Azərbaycan və İsrail birgə yeni növ pilotsuz sistemlər istehsal edəcək

Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev İsrailin “Aeronautics” şirkətinin Direktorlar Şurasının sədri Yedidia Yaarinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Dərc edilib: 11 iyul 2018 [14:43]
Baxış sayı: 3872

İnterpress.az nazirliyin mətbuat xidmətinə istinadla xəbər verir ki, nazir müavini Yəhya Musayev Yedidia Yaarini “Aeronautics” şirkətinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Nazir müavini Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə nümayəndə heyətinə məlumat verib.

Görüşdə Müdafiə Sənayesi Nazirliyi ilə “Aeronautics” şirkəti arasında birgə həyata keçirilən layihə əsasında Azərbaycanda müxtəlif pilotsuz uçuş aparatlarının istehsalı üzrə ixtisaslaşmış “AZAD Systems” müştərək müəssisəsinin uğurlu fəaliyyətindən danışılıb.

Nümayəndə heyətinin başçısı Yedidia Yaarin səmimi qəbula görə minnətdarlığını bildirib.

Sonda Müdafiə Sənayesi Nazirliyi ilə “Aeronautics” şirkəti arasında yeni növ pilotsuz sistemlərin birgə istehsalının təşkilinə dair niyyət protokolu imzalanıb.

İnterpress.az










Oxşar xəbərlər

Kimin Prezident olmağını istərdiniz?


Cəmi səslər: 376