Adnan Oktar casusluqda təqsirləndirildi, yaxın adamı qaçdıbackend

Adnan Oktar casusluqda təqsirləndirildi, yaxın adamı qaçdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, təhlükəsizlik orqanları Oktarı yalnız həmin istiqamətdə yaxalamağa müvəffəq olublar.

Məlumata görə, barəsində casusluq itthamları da irəli sürülən Oktarın Türkiyəyə aid gizli məlumatları İsrail kəşfiyyatına – MOSSAD-a ötürdüyü iddia olunub.

Oktarın barəsində yaşları 11-40 arası olan 20-dən çox qadının cinsi istismara məruz qalması ittihamı ilə hüquq-mühafizə orqanlarına şikayət daxil olub. Adnan Oktarın mütəşəkkil cinayətkar dəstəsinə üzv olan və barəsində həbs qərarı qəbul edilənlərin 106-sı qadın olub. Adnan Oktarın sağ əli sayılan dəstənin iki nömrəli şəxsi Tarkan Yavaş əməliyyat zamanı qaçmağı bacarıb. Qaçan şəxsin silahlı olduğu bildirilib.

Elmi Araşdırma Fondunun keçmiş sədri olan Tarkan Yavaş azyaşlı qız uşağını cinsi istismar, saxtakarlıq və beynəlxalq casusluq iddiaları olmaqla, 20 ittihamla axtarışa verilib. (axar.az)

İnterpress.az