Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


"Qarabağ" azarkeşlərinə şad xəbər

"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində Sloveniya "Olimpiya"sı ilə səfərdə keçirəcəyi ilk oyunun canlı yayımını təşkil edəcək.

Dərc edilib: 11 iyul 2018 [15:15]
Baxış sayı: 8620

İnterpress.az-ın report.az-a istinadən verdiyi məlumata görə, azarkeşlər matça klubun rəsmi saytı vasitəsi ilə baxa biləcəklər. Klub rəsmisi bildirib ki, yayım üçün "Olimpiya"dan icazə də alınıb. Lakin Sloveniya tərəfi oyunun məhdud formada göstərilməsinə icazə verib: "Bu səbəbdən, matçı "Dailymotion" üzərindən təqdim edəcəyik və yayımı yalnız Azərbaycan, Türkiyə və Rusiyadan izləmək mümkün olacaq. Rəsmi saytımızda görüşün linkini yerləşdirəcəyik".

Qeyd edək ki, iyulun 11-də Sloveniyanın paytaxtı Lyublyanadakı "Stojitse" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 112