3 nəfərin öldüyü dəhşətli ailə qəzasının GÖRÜNTÜLƏRİ yayıldıbackend

3 nəfərin öldüyü dəhşətli ailə qəzasının GÖRÜNTÜLƏRİ yayıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az ARB TV-yə istinadən xəbər verir ki, yolun 375-ci kilometrliyində, Göygöl rayonu ərazisində \”Mercedes\” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dəmir maneəyə çırpılıb.

Nəticədə xəsarət alan sürücü, Tərtər rayon sakini, 30 yaşlı Fuad Aydınzadə xəstəxanada, onun anası Bənövşə Aydınzadə və 7 aylıq övladı isə hadisə yerində ölüblər. Fuad Aydınzadənin həyat yoldaşı və bacısı, 36 yaşlı Nigar Aydınzadə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

İnterpress.az