Fuad Muradov Parisdə diaspor üzvlərini həmrəy olmağa səsləyib – FOTObackend

Fuad Muradov Parisdə diaspor üzvlərini həmrəy olmağa səsləyib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, F.Muradov Fransa-Azərbaycan dostluq qrupunun sədri Pyer Alen Rafana görüş təşəbbüsü üçün təşəkkür edib. O, iki ölkənin parlamentlərarası dostluq qrupunun möhkəm təməl üzərində qurulduğunu qeyd edib. Birinci vitse-prezident Mehriban Əliyevanın parlamentlərarası dostluq qrupunun sədri olarkən ölkələrimizi və xalqlarımızı yaxınlaşdıran layihələrə önəm verdiyini diqqətə çatdırıb. Komitə sədri ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib.

Qrup üzvləri parlamentlərarası əlaqələrin genişləndirilməsi və daha da möhkəmləndirilməsi imkanlarını müzakirə ediblər.

Sonra komitə sədri Paris yaxınlığında Sən Klu məzarlığında dəfn olunmuş Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşovun və Ceyhun Hacıbəylinin məzarlarını ziyarət edib.

Fuad Muradov Parisdə diaspor üzvlərini həmrəy olmağa səsləyib - FOTO

Daha sonra komitə sədri Fransanın müxtəlif regionlarından olan Azərbaycan icmasının üzvləri ilə görüşüb. O, diaspor fəaliyyətinin daim ölkə rəhbərliyinin diqqətində olduğunu bildirib.

Fuad Muradov Parisdə diaspor üzvlərini həmrəy olmağa səsləyib - FOTO

Görüşdə diaspor fəaliyyətinin yeni istiqamətləri ilə bağlı müzakirələr aparılıb. İcma üzvlərinin sual və təklifləri dinlənilib. Komitə sədri diaspor üzvlərini həmrəy olmağa səsləyib.

Fuad Muradov Parisdə diaspor üzvlərini həmrəy olmağa səsləyib - FOTO

F.Muradov ölkəmizin işğal altındakı Kəlbəcər rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olmasına dair yaradılan #freedilqam və #freeshahbaz həştəq kampaniyasından da söz açıb.

İnterpress.az