NATO-nun yekun bəyanatı açıqlandıbackend

NATO-nun yekun bəyanatı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəyanatda yer alan bəzi maddələr bunlardır:

– Müttəfiq olaraq bir-birimizi müdafiə məsuliyyətini ədalətli şəkildə bölüşəcəyik.

– Türkiyəyə cənub sərhədindən gələcək təhdidlərə qarşı tədbirləri artıracağıq.

– Müttəfiqlər terrorla mübarizədə birlik və həmrəylik içində olacaq.

– Türkiyənin son 4 ildə Suriyadan raket atəşinə tutulmasından narahatıq. Suriyadan gələn raket təhdidini izlməyi və qiymətləndirməyi davam etdirəcəyik.

– Son 4 ildə müdafiə xərclərinin artması təqdirə layiqdir.

– Rusiyanın fəaliyyəti stabilliyi və təhlükəsizliyi risk altına alır.

– 2024-cü ilə qədər qurudan, havadan və dənizdən hərbi fəallığı daha da artırmaq nəzərdə tutulur.

– Belçikada Kiber Əməliyyatlar Mərkəzi qurulması qərara alınıb.

– 2024-cü ilə qədər Əfqanıstana maliyyə dəstəyi davam etdiriləcək.

Qeyd edək ki, NATO-nun növbəti sammiti 2019-cu ildə keçiriləcək. (oxu.az)

İnterpress.az