Cəlilabadda qorxulu olay – Nəhəng ilan vətəndaşın həyətinə soxuldu – FOTObackend

Cəlilabadda qorxulu olay – Nəhəng ilan vətəndaşın həyətinə soxuldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayonunda uzunluğu 3 metrdən çox olan ilan öldürülüb.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, rayonun Alar kəndində Qiyasov Faiq İsmayıl oğluna məxsus yaşayış evinin yerləşdiyi həyətdə növü hələ ki, bəlli olmayan ilan aşkarlanıb.

Uzunluğu 3 metrdən böyük olan zəhərli ilan ev sahibi tərəfindən öldürülərək zərərsizləşdirilib.

Hadisə nəticəsində xəsarət alan olmasa da, ev sahibinin ailəsində qorxulu anlar yaşanıb.

İlkin məlumata görə, ilan rayonun Alar kəndinin çöllük ərazilərindən yaşayış olan tərəfə gəlib. Məlumatda uzunluğu 3 metr 10 santimetr, eni 30 santimetr olan nəhəng ilan növünün çəkisinin 10 kiloqrama yaxın olduğu bildirilir.

Cəlilabadda qorxulu olay - Nəhəng ilan vətəndaşın həyətinə soxuldu - FOTO

Seid Qərib
İnterpress.az