Çoban amerikalı ailəni öldürdüyünü inkar etdibackend

Çoban amerikalı ailəni öldürdüyünü inkar etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 19 yaşlı çoban ailənin iki nəfər tərəfindən öldürüldüyünü bildirib.

“Mən onları öldürməmişəm, iki nəfər vardı, onlar ailəni öldürdü və məni təhdid etdilər ki, mənim qardaş və bacılarımı öldürəcəklər”, – Kobauri məhkəmədə deyib.

İşi aparan prokuror David Kazaraşvili jurnalistlərə bildirib ki, cinayətlə bağlı yeganə şübhəli 19 yaşlı Kobauridir.

Kobaurinin anasi Mariam Martiaşvili hesab edir ki, onun oğlunu şantaj edirlər.

Qeyd edək ki, ABŞ vətəndaşı Rayn Smit Gürcüstanda “ReWoven” layihəsinin təsisçisi və rəhbəri olub. Layihənin əsas məqsədi Gürcüstanda Azərbaycan xalçaçılıq ənənələrinin bərpası və tanıdılması olub.

Rayn və Laura Smit, eləcə də cütlüyün 4 yaşlı oğlan övladı iyulun 6-da torpaq sürüşməsindən sonra yoxa çıxıb. Axtarışlar zamanı iyulun 7-də onların cəsədləri aşkarlanıb. (oxu.az)

İnterpress.az