FİFA-dan tələb: DÇ-nın yayımlarında gözəl qızlar az görünsünbackend

FİFA-dan tələb: DÇ-nın yayımlarında gözəl qızlar az görünsün

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu məsələ FİFA ilə “Avropada futbol irqçiliyə qarşıdır” təşkilatının Moskvada keçirdiyi ayrı-seçkiliklə mübarizə və müxtəliflik məsələləri üzrə diskussiya forumunda müzakirə edilib.

FİFA-nın davamlı inkişafı üzrə departamentinin rəhbəri Federiko Addekkinin sözlərinə görə, efirlərdə gözəl qızların göstərilməsi zamanı bəziləri seksizm barədə düşünür. O hesab edir ki, FİFA-nın bu məsələyə münasibəti normal təkamüldür.

Cinsi təcavüzə canlı yayıma çıxan jurnalist qadınlar da məruz qalıb. Moskvada rusiyalı fanat canlı yayım zamanı “Deutsche Welle”nin jurnalisti Culyet Qonsales Teranın sinəsindən tutub. Daha sonra fanat üzr istəyib. Braziliyalı jurnalistlər “Ona işləməyə imkan ver” kampaniyasına başlayıb və bunun üçün sosial şəbəkələrdə #letherwork həştəqi yaradılıb. (oxu.az)

İnterpress.az