DİQQƏT: Bu infeksiya düşüncəmizi və davranışımızı dəyişirbackend

DİQQƏT: Bu infeksiya düşüncəmizi və davranışımızı dəyişir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunların hamısına eyni diqqəti göstərmirik. Məsələn, genetikanın insana təsiri haqqında internetdə youtube-u tapmağa qadir olan hər kəs nə isə bilir. Amma parazitlərin və mikrobların insana nə təsiri olduğunu çox adam bilmir.

Mən də bilmirdim.

Amma özü-özünə suallar verən, anlamaqda, dərk etməkdə dürüst və ədalətli davranan hər kəs əvvəl-axır cavabı da alır.

Çoxunuz Misir ehramlarını görmüsünüz. Bundan 2 500 il əvvəl Misirdə Nil çayının sahilində böyük bir mədəniyyət olub. Məqbərələr və geri qalan mədəni miras o qədər möhtəşəmdir ki, bir çox insan Misirlə bağlı əşyaları evində gözünün qabağında saxlayır. O cümlədən pişik heykəllərini. Qədim misirlilər pişikləri çox seviblər. Bir növ sitayiş ediblər yəni. Bu fakt alimlərin diqqətindən yayınmayıb.

Pişiklər haqqında bəzi maraqlı faktlar:

– Təbiətdə yayğın bir parazit vardır. Adı da toksoplazm.
– Toksoplazm həyatı boyunca 3 mərhələdən keçir. Məsələn, ipək qurdu kimi. Bu canlı həyatının bir hissəsini qurd, qalan hissəsini isə kəpənək kimi yaşayır. Toksoplazm da həyatı boyunca 3 mərhələ keçir.

– Toksoplazm istiqanlı heyvanların hamısına (insan daxil) yoluxur.

– Toksoplazm bütün həyat dövrünü tamamlamaq üçün ən az 2 qonaq dəyişməlidir.

– Toksoplazm yoluxmuş heyvanlarda qorxu hissi azalır, təhlükəyə və özünü öldürəcək hərəkətlərə meyl artır. Məsələn, toksoplazm yoluxmuş siçan pişik sidiyinin qoxusuna tərəf gedir. Çünki pişik o siçanı yeyərsə, siçanın bədənindəki Toksoplazm sistləri pişik bağırsağında açılacaq və öz həyat dövrünü davam etdirə biləcək.

Alimlər pişiyə qarşı xüsusi məhəbbətin altında toksoplazm yoluxmasının yata biləcəyini araşdırmağa başladılar.

Faktlar:

– Toksoplazm beyində özünə yuva salır.

– Toksoplazm çoxalmaq üçün Dofamin və L-Dopa ifraz edir. Bunlar bütün istiqanlı heyvanlarda davranışı müəyyənləşdirən maddələrdir. Yəni toksoplazm heyvanın davranışına təsir etmə imkanına sahibdir.

– Toksoplazm yoluxmuş insanlarda daha çox şizofreniya, depressiya (xüsusilə bipolyar xəstəlik) görülür.

– Toksoplazm yoluxmuş insanlar daha çox yol qəzalarına (xüsusilə ölümcül) düşürlər.

– Toksoplazm yoluxmuş insanlar daha çox intihar edirlər.

– Toksoplazm yoluxmuş kişilər daha qısqancdırlar.

– Toksoplazm yoluxmuş qadınlar daha mehriban və qayğıkeşdirlər.

Çox qəribədir, toksoplazm yoluxmuş bütün fərdlər mikrobun yayılmasına xidmət edən davranışlar sərgiləyirlər:

– Siçanlar pişiyə tərəf gedir,

– İnsanlar özünü öldürür,

– Kişilər qısqanclıq böhranına girib həlak olma ehtimalı olan davalara girişirlər (cansız bədənini vəhşi heyvanlar yesinlər deyə),

– Qadınlar isə qayğıkeşliklə daha çox kişi cəzb edib, hamilə qalıb övladına infeksiyanı keçirməsi kimi.

Bu dediyim faktların hamısı elmi olaraq sübut edilibdir.

Vasif İsmayıl,

uroloq-cərrah, tibb üzrə fəlsəfə doktoru

İnterpress.az