Politoloq: “Ərdoğanın səfəri Türkiyənin Azərbaycana verdiyi dəyəri göstərir”backend

Politoloq: “Ərdoğanın səfəri Türkiyənin Azərbaycana verdiyi dəyəri göstərir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı davam etdirəcək və Türkiyə əvvəlki kimi Azərbaycana silah satacaq

“Rəcəb Tayyib Ərdoğanın prezident andiçməsindən bir gün sonra Azərbaycana səfər etməsinin böyük əhəmiyyəti var”. Bunu Türkiyə prezidenti R.T.Ərdoğanın Azərbaycana səfərini Sputnik Azərbaycan-a şərh edərkən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
“Bu səfər Türkiyənin Azərbaycana verdiyi dəyəri göstərir. Bu səfər həm də önəmli mesajlarla yadda qaldı. Bunlardan birincisi hərbi əməkdaşlıqla bağlı idi. Vurğulandı ki, bundan sonra da ölkələr hərbi əməkdaşlığı davam etdirəcək və Türkiyə əvvəlki kimi Azərbaycana silah satacaq. Digər tərəfdən, iki ölkənin iştirakı ilə gerçəkləşdirilən iqtisadi layihələr davam etdiriləcək. Həmçinin Ərdoğan Azərbaycanda FETÖ ilə aparılan mübarizədən məmnun olduğunu bildirdi. Bir daha qeyd olundu ki, bütün istiqamətlərdə əməkdaşlıq bundan sonra da davam edəcək” — deyə politoloq bildirib.

Qeyd edək ki, iyulun 10-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana bir günlük səfər edib.

İnterpress.az