Adnan Oktarın aylıq qazancı nə qədər olub?backend

Adnan Oktarın aylıq qazancı nə qədər olub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, qruplaşmanın aylıq 10 milyon dollar qazandığı məlum olub. Pul isə qeyri-qanuni yollarla qazanılıb.

Qruplaşmaya aid şirkətlər beynəlxalq şirkətlərlə ticarət edib və əvvəlcə az miqdarda mal alaraq ödəniş ediblər. Sonra isə ödənişlər edilməyib. Sonra isə şirkətlərin adına banklardan kredit götürülüb və şirkətlər sonradan başqa insanların adına keçirilib.

Qruplaşma bu pullarla onlarla lüks villa kirayəyə götürüb və lüks həyat qurub. Pulun bir hissəsi isə yeni üzvlərin cəlb edilməsi işinə sərf edilib.

Bundan başqa Adnan Oktar qruplaşmasının milyonlarla dollarlıq daşınmaz əmlakı və əşyası olduğu da üzə çıxıb. 4 yük maşını rəsm əsəri, vaza, əlyazmalar, qızıl işləməli tarixi əşyalar, 77 tapança, 23 iriçaplı silah və 17 min 596 güllə ələ keçirilib. (ölkə.az)

İnterpress.az