Bitkoin ucuzlaşmaqda davam edirbackend

Bitkoin ucuzlaşmaqda davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kriptovalyuta 6,2 min dollar ətrafında alınıb satılır. Mütəxəssislər bitkoinin ucuzlaşmaqda davam edəcəyini proqnozlaşdırır.

\”CoinMarketCap\” portalının məlumatına əsasən bitkoinin qiyməti son sutka ərzində 1,06% ucuzlaşaraq 6 265 dollar təşkil edib.

Alternativ kriptovalyutalar müxtəlif istiqamətlərdə dəyişib. Belə ki, \”Ethereum\” 0,78% və ya 437,3 dollaradək ucuzlaşıb, \”Ripple\” 0,04% (0,44 dollara qədər), \”Bitcoin Cash\” 0,26% (698,49 dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 249,75 milyard dollar təşkil edir və bunun 43 faizi bitkoinin payına düşür. (trend)

İnterpress.az