Polis zabitlərinin ordenləri övladlarına təqdim edildibackend

Polis zabitlərinin ordenləri övladlarına təqdim edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əvvəlcə nazir Ramil Usubov xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş iki zabitin – İlqar Balakişiyevin və Səməd Abbasovun təltif edildikləri “Azərbaycan Bayrağı” ordenlərini Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən mərhumların övladlarına təqdim edib, onlara atalarının qəhrəmanlıq yolunu gələcəkdə davam etdirməyi, Vətənə layiqli övlad kimi yetişmələrini arzulayıb.

Sonra Azərbaycan Polisinin 100 illik yubileyi ərəfəsində dövlət başçısının təltif etdiyi bir qrup əməkdaşa yüksək mükafatlar təqdim edilib.

Nazir R. Usubov şəxsi heyətin gərgin və fədakar əməyini hər zaman yüksək qiymətləndirdiyinə, xüsusən iyulun 10-da Gəncə şəhərində qəhrəmanlıqla həlak olmuş iki əməkdaşı təltif etdiyinə görə ölkə prezidentinə bir daha dərin təşəkkürünü bildirib, bu ali diqqət və qayğının daxili işlər orqanlarının bütün əməkdaşlarının ruh yüksəkliyinə səbəb olduğunu, onların üzərinə əlavə məsuliyyət qoyduğunu vurğulayıb, bütövlükdə Azərbaycan Polisinin qarşıya qoyulmuş istənilən vəzifənin öhdəsindən bundan sonra da layiqincə gələcəyinə, Vətənə, xalqa və prezidentə bundan sonra da sədaqətlə xidmət edəcəyinə əminliyini bildirib.

İnterpress.az