DİM-in ekspertləri canlı yayımda abituriyentlərin suallarını cavablandırıb – VİDEObackend

DİM-in ekspertləri canlı yayımda abituriyentlərin suallarını cavablandırıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının birinci və ikinci mərhələlərinin yekun nəticələri məlum olub.

İnterpress.az xəbər verir ki, DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən buraxılış imtahanlarının nəticələri haqqında məlumat verilib.

Eyni zamanda, yekun attestasiyanın aparılması qaydaları, eləcə də qeyd edilən istiqamətlər (zonalar) üzrə keçirilən imtahanlarda istifadə olunan test tapşırıqları – xüsusilə şagirdlərin cavab verməkdə çətinlik çəkdikləri suallarla bağlı ekspertlər tərəfindən məlumat verilib.

Qeyd edək ki, buraxılış imtahanları, eləcə də DİM-in ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları ilə bağlı verilən suallar da ekspertlər tərəfindən cavablandırılıb.

Daha ətraflı aşağıdakı videomaterial vasitəsilə izləyə bilərsiniz.

Səid Qərib
İnterpress.az