Yol polislərinin qanundan heç xəbərləri yoxdur – Azər Həsrəti polislər niyə saxladı?backend

Yol polislərinin qanundan heç xəbərləri yoxdur – Azər Həsrəti polislər niyə saxladı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış jurnalist, ictimai xadim, media eksperti Azər Həsrət Dövlət Yol Polisi əməkdaşlarının qəzəbinə tuş gəlib.

İnterpress.az xəbər verir ki, bu barədə Azər Həsrət özü məlumat verib. O bildirib ki, yol polisi onun idarə etdiyi avtomobili saxlamaq əmri verib. Amma yol polisinin sürücünün spirtli içki qəbul edib-etməməsini öyrənmək üçün saxlamaq əmri verməsi A.Həsrəti özündən çıxarıb. Ona görə də, o, bəzi yol polislərini özbaşınalıqda suçlaylb: \”Dünən gecə başımıza gələn bir əhvalatı paylaşıram. Deməli, dostlardan biri bizi Nabran tərəfə qonaq dəvət etdi. Birlikdə getdik. 4 nəfər. Bunların da hamısı içəndir. Mənsə yox. Ona görə də mənə arxayın olub yaxşıca yeyib-içdilər. Hardasa saat 23.30 radələrində ayağa qalxdıq ki, evə gedək. Sükan arxasına mən oturdum, yola düzəldik. Daha doğrusu, elə yola çıxmışdıq ki, qarşıda qələbəlik gördük. Düşündük ki, qəza filan olar. Amma deyildi. Sadəcə polislər reyd keçirirmiş. Bizi də saxladılar. Qaydalara uyğun maşını sağa çəkib şüşəni endirdim. Bir gənc polis yaxınlaşdı, özünü təqdim etdi. Səbəbi soruşdum, dedi içki içənləri yoxlayırıq. Hələ də arağın dadını bilməyən mən əsəbləşmərəmmi? Qayıtdım ki, siz bütün maşınları belə saxlayıb yoxlayırsız? Dedi hə. Dedim bərəkallah! Sonra da gözləyin ki, buralara turist gələcək!\”.

A.Həsrət bildirib ki, həmin polislərin heç yol hərəkəti haqqında qanundan xəbərləri olmayıb: \”Nə isə, uzun çək-çevirdən sonra bəlli oldu ki, bunların yol hərəkəti haqqında qanundan belə xəbərləri yoxmuş! Üstəlik, o qanun da heç üstlərində deyilmiş! Mən tələb edəndə ki, qanunun 84-cü maddəsinə uyğun özünüzü təqdim edin, gözlərini döydülər. Yəni sonradan daha 2 polis də yaxınlaşmışdı bizə. 3-ü də dedi ki, biz qanunu üzərimizdə daşımağa borclu deyilik! Bütün bunlar bir yana, bu polislərin bu davranışından sonra inanmıram ki, hansısa turist it oğlu bir də oralara gedər! Şəxsən mən belə halların üzündən mümkün qədər gözdən uzaqda olmağa çalışıram. Ayıb bir durumdur, çox ayıb!\”

İnterpress.az