Cüdoçularımız Almaniyada Avropa kubokunu qazandılarbackend

Cüdoçularımız Almaniyada Avropa kubokunu qazandılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, mötəbər turnirin ikinci günü millimiz üçün daha uğurlu olub. Belə ki, təmsilçilərimiz 2 qızıl, 1 gümüş medal qazanıb.

90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Məmmədəli Mehdiyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. +100 kq çəki dərəcəsində isə Azərbaycan finalı yaşanıb. Belə ki, həlledici görüşdə Uşanqi Kokauri və Şahin Qəhrəmanov üz-üzə gəlib. Kokauri qızıl, Qəhrəmoanov isə gümüş medal əldə edib.

Bununla da, millimiz Avropa Kuboku yarışını 2 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub.

Qeyd edək ki, 26 ölkədən 387 (269 kişi, 118 qadın) cüdoçunun qüvvəsini sınadığı qitə turnirdə Azərbaycan millisi 10 cüdoçu ilə təmsil olunub.

İnterpress.az