Tramp və Putinin görüşü başladı – Onların danışıqlarının gizliliyini qorunurbackend

Tramp və Putinin görüşü başladı – Onların danışıqlarının gizliliyini qorunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında görüş başlayıb.

İnterpress.az xarici KİV-ə istinadən xəbər verir ki, liderlər arasında görüş Finlandiyanın paytaxtı Helsinki şəhərində başlayıb.

Görüşün 3 saat davam edəcəyi bildirilir.

Görüşdən sonra hər iki liderin birgə iştirakı ilə mətbuat konfransı keçiriləcəyi vurğulanır.

Görüşdə müzakirə edilən məsələlərin gizliliyinin qorunduğu xüsusi qeyd olunur. Eyni zamanda, qeyd olunur ki, liderlər maximum 4 sual ətrafında fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, ABŞ və Rusiya liderlərinin görüşündən əvvəl Trampın Finlandiya prezidenti Sauli Niinistyo ilə görüşü baş tutub. Birgə mətbuat konfransından sonra Putinin də
S.Niinistyo ilə rəsmi görüş keçirəcəyi bildirilir.

İnterpress.az