Azərbaycanlı illüziyaçını kobra ilanı vurdu – FOTObackend

Azərbaycanlı illüziyaçını kobra ilanı vurdu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhlükəli zəhərə qarşı zərdab vurulması üçün Misirə aparılmalı olan sehrbaz saatlarla hava limanında gözləsə də, viza ilə bağlı prosedurlar tamamlanmayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilir ki, illüziyaçının sağalması üçün 8-12 saat müddətində ilan zəhəri əleyhinə olan zərdab vurulması lazımdır. Apron Jet Havacıkdan kirayələnən təyyarə Antalya hava limanında hazır vəziyyətdə viza işlərinin tamamlanmasını gözləyir. Lakin prosedurlar ləngidiyindən o, yenidən xəstəxanaya qaytarılıb.

Mənbənin yazdığına görə, yanından ayrılmayan köməkçisinə “Bir neçə saatım var. Ölməyimi gözləyirlər? Niyə viza vermirlər?” deyə sual edir. İlanın zəhəri tam olaraq təsirini göstərməsə də, Arefin sözlərinə görə, artıq bədəninin bəzi hissələrində keyimələr əmələ gəlib.

Azərbaycanlı illüziyaçını kobra ilanı vurdu - FOTO

Məsələ ilə bağlı Türkiyənin Qahirədəki səfirliyində də müəyyən addımlar atılmağa başlanılıb.
Məlumat üçün bildirək ki, Aref Qafouri 1989-cu ildə İranın Urmiya şəhərində doğulub. Azərbaycan türküdür. 18 yaşında Türkiyəyə gəlib və İstanbulda təhsil almağa başlayıb. Hazırda Ankarada yaşayan sehrbaz Türkiyənin məşhur “Yetenek sizsiniz” proqramından tanınıb. 2011-ci ildə “Dünyanın ən ekstrim sehrbazı” mükafatına layiq görülüb. (Virtualaz.org )

İnterpress.az