Ali Məhkəməsinin Plenumu İlqar Məmmədov barəsindəki qərarı LƏĞV ETDİbackend

Ali Məhkəməsinin Plenumu İlqar Məmmədov barəsindəki qərarı LƏĞV ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Modern.az-a İ.Məmmədovun vəkili Fuad Ağayev məlumat verib.

Qərara görə, Cinayət Məcəlləsinin 220.1 və 315.2-ci maddələrilə məhkum edilməsinə dair cinayət işinin icraatı zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın müddəalarının pozulamsına dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli “İlqar Məmmədov Azərbaycana qarşı” iş üzrə qərarında şərh edilmiş hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar müəyyən edib.

Vəkilin sözlərinə görə, Ali Məhkəmənin Plenumu aşağıdakıları qərara alıb:

“Məmmədov İlqar Eldar oğlunun Azərbaycan Respublikası CM-nin 220.1 və 315.2-ci maddələrilə məhkum edilməsinə dair cinayət işi üzrə onun barəsindəki Ali Məhkəmənin Cinayət Kollegiyasının 18 noyabr 2016-cı il tarixli və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2016-cı il tarixli qərarları ləğv edilib”.

F.Ağayev deyib ki, cinayət işi apellyasiya qaydasında yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014-cü il hökmü ilə Məmmədov İlqar Eldar oğlu Azərbaycan Respublikası CM-nin 220.1 və 315.2-ci maddələrilə təqsirli bilinib. CM-nin 220.1-ci maddəsilə 6 ay, CM-nin 315.2-ci maddəsilə 4 il, CM-nin 66.3-cü maddəsinə əsasən isə cəzaları qismən toplama yolu ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

İnterpress.az