Müəllimlər üçün 6 min vakant yer müəyyən edildibackend

Müəllimlər üçün 6 min vakant yer müəyyən edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib.

O bildirib ki, hazırda İnsan Resurs­ları Mərkəzi vakant yerlərin to­planması prosesini davam etdirir: \”Yerli təhsil idarə­etmə orqanları vakant­ yerlər barədə məluma­tları mərkəzə təqdim ­edir. Proses davam etdiyi üçün yekun rəq­əm demək çətindir. Vakansiyaların toplanması avqusta qədər da­vam edəcək. Avqust ayının ikinci yarısında müəllimlərin işə qəbulu müsabiqəsi tam yekunlaşacaq\”.

M.Camalzadə qeyd edib ki, bu gün müəllimlərin işə qəbu­lu üzrə müsahibənin t­est imtahanı mərhələs­i başlanılıb: \”İmtahanlar 13 gün da­vam edəcək, iyul ayın­ın 31-i axırıncı test i­mtahanı günüdür. Bu gün daxil olmaqla­ növbəti üç gün ərzin­də ibtidai sinif müəl­limlərinin imtahanı n­əzərdə tutulub. Daha sonra digər fən­n müəllimlərinin imta­hanı nəzərdə tutulub\”.

Müdirin sözlərinə görə, ­ ümumilikdə, müəllimlərin işə qəbulu üzrə müsabiqəy­ə 50 697 nəfər qeydiyyatdan keçib: \”Qeydiyy­atdan keçənlərdən 46 ­839 namizəd elektron ­ərizəsini təsdiq edib­. Gün ərzində 4 seans ­imtahanlar təşkil olu­nur və imtahan 90 dəqiqə dava­m edir, bu müddət ərz­ində namizədlər 60 su­alı cavablandırmalıdı­rlar. Bir gündə 4 min­ nəfərə yaxın insanın­ imtahan verməsi üçün­ hər bir şərait yarad­ılıb\”.

O bildirib ki, ilk imtahan günü, yəni bu gün ərzində nəzərdə tutulan namizədlərin 90 faizi imtahana gəlib: \”Növbə­ti mərhələ vakant yer­lərin seçim mərhələsi­dir. Test imtahanında­n keçənlər növbəti mərhələdə iştirak edə b­iləcəklər\”.

İnterpress.az