“Keşlə”nin baş məşqçisi Yuri Maksimov istefa veribbackend

“Keşlə”nin baş məşqçisi Yuri Maksimov istefa verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti də rəsmən təsdiqləyib:

“Keşlə” FK-nın rəhbərliyi əsas komandanın baş məşqçisi Yuri Maksimovla görüş keçirib və görüşdə tərəflər yolların ayrılması barədə ortaq razılığa gəliblər. “Keşlə” FK-nın rəhbərliyi ukraynalı mütəxəssisə gələcək karyerasında uğurlar arzulayır”.

Xatırladaq ki, ötən mövsümdən “Keşlə”ni çalışdıran Maksimov bu komandaya ölkə kubokunu və Avropa Liqasına vəsiqə qazandırıb. Lakin paytaxt klubu Avroliqadakı ilk sınağında “Baltsan”la (Malta) səfər oyununda 1:4 hesabıyla uduzmaqla mərhələ adlamaq şansını azaldıb. Bu komandalar arasındakı cavab görüşü iyulun 19-da Bakıda keçiriləcək. “Keşlə”ni həmin oyuna köməkçi məşqçi Zaur İsmayılovun çıxarması gözlənilir.

İnterpress.az