Gülben Ergen sevgilisi Burak Törerin evinə hücum edibbackend

Gülben Ergen sevgilisi Burak Törerin evinə hücum edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İddialara görə, Gülben Ergen ilə Burak Törerin ayrıldığı söylənilir.

Hadisə bu cür olub:
Ötən həftə Bodrumda səmimi formada obyektivlərə tuş gələn cütlükdən Burak Törer işlərinə görə İstanbula qayıdıb. Bir neçə gün sonra sevgilisinə xəbər vermədən İstanbula gedən Gülben Ergen ona sürpriz etmək istəyib. Əvvəlcə zəng edib nə etdiyini soruşub. Qızlı-oğlanlı dostları ilə evdə olan Burak məsələnin səhv başa düşülə biləcəyindən ehtiyatlanaraq Gülbene evdə tək olduğunu deyib. Gülben isə 15 dəqiqə sonra sevgilsinin qapısının önünə çatıb.

Əsas hadisələr də bundan sonra başlayıb. Sevgilsinin ona yalan dediyinə görə çox əsəbiləşən müğənni qışqırıb-bağırıb. Davanın böyüdüyünü görən qonaqlar evdən qaçıb. Bundan sonra Gülben Ergen \”Instagram\”dakı şəkillərini silib. (ölkə.az)

İnterpress.az