Ərəbistanda görünməmiş hadisə, səhnəyə çıxıb… — VİDEObackend

Ərəbistanda görünməmiş hadisə, səhnəyə çıxıb… — VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanında səhnəyə çıxıb kişi müğənnini qucaqlayan qadın həbs edilib.

Ölkənin qərbində Taif şəhərində keçirilən festivalda Məcid əl Mühəndis adlı müğənni səhnəyə çıxıb. İnternetdə yayılan görüntülərdə qadının səhnəyə doğru qaçması və mühafizəçilərin müdaxiləsi müşahidə edilib. Səudiyyə Ərəbistanında qadınların qohumları olmayan kişilərlə birlikdə olması qadağandır.

İnternet saytında \”Ərəb mahnılarının şahzadəsi\” kimi təqdim edilən Mühəndis hələ ki, mövzu ilə bağlı açıqlama verməyib.

İraqda doğulan və eyni zamanda Səudiyyə Ərəbistanı vətəndaşı da olan müğənni hadisədən sonra proqramına davam edib. Sayt sonradan qadın haqqında məlumat verməyib. (sputnik.az)

İnterpress.az