Daha bir superulduz “Real”dan gedirbackend

Daha bir superulduz “Real”dan gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Apasport.az-ın kluba yaxınlığı ilə bilinən yerli saytlardan birinə istinadən məlumatına görə, söhbət yarımmüdafiəçi Luka Modriçdən gedir.

Heyətdə dəyişiklik etməyi planlaşdıran “kral klubu”nun prezidenti Florentino Peres yaşlı oyunçuları satmağın əleyhinə deyil. Klub rəhbərinin keçidindən pul qazanmaq istədiyi futbolçulardan biri də məhz xorvatiyalı orta sahə oyunçusudu. Dünya çempionatının ən yaxşısı seçilən Modriç “Real”ı tərk edəcəyi təqdirdə, İngiltərəyə qayıtmağı planlaşdırır. Hazırda onun xidmətində “Liverpul” və “Çelsi” maraqlıdı. “Real” 33 yaşlı superulduzun transferindən 150 milyon avro gəlir götürmək niyyətindədi.

Qeyd edək ki, Luka Modriç “Real”a 2012-ci ildə “Tottenhem”dən keçib.

İnterpress.az