Avtomobil nömrələri bahalaşdı – “Zerkalnı” nömrələr hərraca çıxarılırbackend

Avtomobil nömrələri bahalaşdı – “Zerkalnı” nömrələr hərraca çıxarılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın gələcəkdə avtomobillər üçün bəzi dövlət qeydiyyat nişanları (nömrələri) artıq hərrac yolu ilə satılacaq.

İnterpress.az xəbər verir ki, bu barədə yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov məlumat verib. O bildirib ki, 001, 100, 111, rəqəmləri olan nömrələr üçün hərf və rəqəm kombinasiyasından asılı olaraq, 500-2500 manat arasında xüsusi rüsum nəzərdə tutulur:

\”\”Dövlət rüsumu haqqında” Qanuna edilən son dəyişikliyə əsasən, yaxın gələcəkdə Prezident tərəfindən həm hərrac qaydaları müəyyən ediləcək, həm də hansı nömrələrin hərracla satılacağı göstəriləcək. Belə güman etmək olar ki, təkcə göstərdiyim üç variantda rəqəmləri olan nömrələr deyil, bəzi başqa nömrələr də hərracla satılacaq\”.

Ekspertin sözlərinə görə, adi nömrələr üçün nəzərdə tutulan 22 manat rüsum artıq 35 manat olacaq.

\”Qanun bu gün dərc edilsə də, hələ tətbiq edilə bilməyəcək, çünki yeniliklərin tətbiqi üçün həm \”Yol hərəkəti haqqında\” Qanuna da dəyişiklik edilməlidir, həm də qeyd etdiyim hərrac qaydaları hazırlanaraq Prezident fərmanı ilə təsdiqlənməlidir\” – deyə, yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov əlavə edib.

Səid Qərib
İnterpress.az