Bakıda dəhşətli cinayət — Sevgilisinin xalasıoğlunu öldürdübackend

Bakıda dəhşətli cinayət — Sevgilisinin xalasıoğlunu öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, cinayət məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən Sadıqov İbrahim Arzu oğlunun məhkəmə prosesinə hakim Gülzar Rzayeva sədrlik edəcək.
Bakı Ağır Cinayətlər Məhkəməsində 2016-cı ilin fevral ayında qətl törətməkdə təqsirləndirilən 22 yaşlı Sadıqov İbrahim Arzu oğlunun cinayət işi üzrə məhkəmə prosesinə hakim Əfqan Hacıyev sədrlik edib.

Məhkəmədə sərbəst ifadə verən İbrahim deyib ki, qətli törətsə də müstəntiq işi düzgün yazmayıb. O, qətlə yetirdiyi şəxsin də görüşə bıçaqla gəldiyini söyləyib.

İ.Sadıqovun öldürdüyü şəxs sevdiyi qızın xalası oğludur. Sadıqov sevdiyi Günel Əsgərovadan \”yox\” cavabı aldıqdan sonra onun xalasıgilə zəng edib. Telefona G.Əsgərovanın xalası oğlu İslam Hüseynov cavab verib.

İbrahim məhkəmədə deyib ki, mərhum İslam ona var-yox, namus və qeyrət söyüşləri söyüb.

\”Telefon danışıqlarında hər şey aydındır. Dedi ki, sənin bağırsaqlarını tökəcəm, doğrayacam səni. Məni görüşə çağıranda bu sözlərindən sonra bıçaq götürdüm. O, məni vurmaq istəyəndə mən onu vurdum. Üstümə hücum çəkirdi\”- deyə İbrahim ifadəsinə əlavə edib.
33 yaşlı İslam Hüseynov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hadisənin əsas səbəbi isə şit zarafat olub. İbrahim sevdiyi qızın xalası oğluna \”Güneli anası ilə birlikdə qaçıracağam\” deyib. İbrahim bu sözü dediyini etiraf edib.
Məhkəmədə o da məlum olub ki, 22 yaşlı İbrahim hərbi xidmətdə olmayıb. O, bunun səbəbini belə izah edib: \”Maştağada dəlixanada yatmışam\”.
22 yaşlı İbrahim əllərindəki oğru aləminə aid çoxsaylı döymələrlə də diqqət çəkib.

Prosesin davamında mərhum İslam Hüseynovun həyat yoldaşı Telli Hüseynova ifadə verib.

O, hadisə baş verən gün rayonda olduğunu, hadisəni sonradan eşitdiyini söyləyib: \”İslam Bakıda idi. Zəng elədilər ki, budundan bıçaqlanıb. Gələndə bildik ki, ölüb. İbrahimdən soruşmaq istəyirəm ki, bir söyüşə görə balamı niyə yetim qoydu?\”.
İbrahim məhkəmədə \”sevdiyi qız Günel\” ifadəsinin işlənməsinə etiraz edib: \”Hanıs qızdan söhbət gedir? Nə qız? Mən onu tanımıram\”.
İbrahimin dayısı İlham Yəhyayev də şahid qismində ifadə verib. O, İbrahimlə İslam arasında olan telefon danışığından xəbərdar olduğunu və onları sakitləşdirdiyini deyib:
\”İkisini də başa saldım ki, olan şeydir. Zarafat xoşunuza gəlməyibsə, məsələni böyütməyin. Həmin gün İbrahim yanımda idi. Evdən çıxıb getdi. İslamla görüşə getdiyini bilsəydim, imkan verməzdim. Amma mərhumun yaxınları, qardaşı bu görüşü bilib. Qardaşı orada olub. Niyə imkan verirdilər belə olsun?\”.
Digər şahid mərhumun anası Kəmalə Hüseynova olub. O da hadisələrdən oğlunun qətlindən sonra xəbər tutduğunu qeyd edib.
\”İbrahimin anası dedi ki, İslamı budundan vurublar. Gələndə bildik ki, ölüb. Bir söyüşə görə adam adamı öldürər? İndi İbrahimin anası, bacısı bizi hədələyir? Balamı alıbsınız, indi nə istəyirsiniz? İbrahim, bıçaqla vurdun əlindən qaçdı. Daha niyə arxasınca düşüb sürüyürsən? Bıçağın birini çıxarıb birini soxmusan. İnsafın yoxdu?\”- deyə mərhumun anası əlavə edib.

Kəmalə Hüseynova deyib ki, qətli törədən İbrahim əmisinin nəvəsidir.

İbrahim mərhumun anasının sözlərinə də reaksiya verib: \”Sizin nəslinizdə hər kəsə cavab verə bilərəm. Amma bir səndən başqa\”.

Hadisədə adı keçən Günel də məhkəmədə şahid qismində dindirilib. 18 yaşlı Günel müstəntiqə ifadəsini təsdiq etdiyini söyləyib.
İbrahim Sadıqov Cinayət Məcəlləsinin 120.2.2 (xüliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqda adam öldürmə) maddələri ilə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib. (ölkə.az)

İnterpress.az