Günelin məşhur oteldə pulu oğurlandı: “Bıabır edəcəm”backend

Günelin məşhur oteldə pulu oğurlandı: “Bıabır edəcəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rixosda qalan sənətçinin başına xoşagəlməz hadisə gəlib. Günel əvvəlcə çemodanını itirib. Daha sonra isə onun içərisində pul və pasportu olan çantasını oğurlayıblar.

Müğənni bu haqda sosial şəbəkədə paylaşım edib. Günel bildirib ki, oteldə çalışanlar ona kömək etməyib. İfaçı polisə şikayət ərizəsi yazdığını və oteli biabır edəcəyini deyib:

“Heç kim maraqlanmır. Deyirlər ki, bizi maraqlandırmır. Müdir isə evində yatır və oyanmır. Qazaxıstana gəldiyim andan başıma gəlməyən qalmadı. Rixos-u biabır edəcəm. Polis çağırdım, onlar maraqlanacaqlar. Biabırçılıqdır. Çantamı tapıb, içindəki pulları da götürüb sayıblar. Kameralara baxmağımıza icazə vermirlər”. (axşam.az)

İnterpress.az