“Gəncə İmam Hüseyn şəhəridir” – Şeyxülislam Allahşükür Paşazadəbackend

“Gəncə İmam Hüseyn şəhəridir” – Şeyxülislam Allahşükür Paşazadə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Gəncə həmişə bizim diqqət mərkəzimizdədir. Çünki Gəncə İmam Hüseyn şəhəridir. Gəncədə baş verən sonuncu hadisələr bizi çox məyus etdi. Bu hadisələri biz terror aktı kimi qiymətləndiririk\”.

İnterpress.az xəbər verir ki, bunu Gəncə İmamzadə Dini Kompleksində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə keçirilən müşavirədə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

A.Paşazadə qeyd edib ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə atılan atəş həm də dövlətçiliyə qarşı açılan atəşdir: \”Daha sonra iki polis zabitinin öldürülməsi bu hadisələrin məqsədli şəkildə həyata keçirilən terror aktları olmasını təsdiq edir. Biz bu terror aktlarını pisləyirik, lənətləyirik. Azərbaycanın daxilində xaricdən idarə olunan qüvvələr və onların havadarları var. İçində vətən sevgisi olan şəxslər belə təxribatlara uymaz\”.

\”Bu, düşünülmüş şəkildə ölkədəki sabitliyi, əmin-amanlığı pozmaq, dövlətə və dövlət xadimlərinə qarşı təxribatdır. Bu təxribatların törədilməsində Azərbaycanın qonşu dövlətlərinin, xüsusən də Ermənistanın, onların yoldaşlarının, əlaltılarının və köməkçilərinin əli var. Təbii ki, bu terror hadisələrinin təşkilatçıları Azərbaycanın beynəlxalq arenda nüfuzunun yüksəlməsini, siyasi, iqtisadi və digər sahələrdə qazanılan uğurlarını gözü götürməyən qüvvələrdir\”, – A.Paşazadə əlavə edib.

İnterpress.az