Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Maqazin   Video  

"Min manat maaş alır, 150 minlik maşın sürür" - Tolikdən aparıcılara

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) Aytən Səfərovaya sərt cavab verib.

Dərc edilib: 17 iyul 2018 [18:25]
Baxış sayı: 9895

İnterpress.az xəbər verir ki, Tolik Səfərovanın “Müğənnilər qadınların əlindən kişilərini alırlar” sözlərinə etirazını bildirib. O deyib ki, hazırda ən bahalı maşınları sürən xanımlar aparıcılardır:

“Aytən Səfərova müğənnilərə irad tutur ki, arvadların əlindən kişilərini alırlar. Televiziyada aparıcılar ən bahlı maşını sürür. Min manat maaş alır, hardandı bu 100-150 minlik maşın? Niyə öz aparıcılarınızdan danışmırsız? Kül o kişinin başına ki, evindəki namuslu arvadını atıb, gedib müğənni yanında bambılılıq edir. Özü də müğənninin atası yaşındadır”.

Qeyd edək ki, A.Səfərova sosial şəbəkədə "Xanım dediyin kəs bədən quruluşundansa, üzdən, qaşdan-gözdən, xasiyyətdən gözəl olmalı, yerişinə və duruşuna fikir verməli, xanım-xatunluğunu qoruyub saxlamalı, özünə hörmət etməlidir. Xanım başqalarının işinə burun soxmamalı, qeybət etməməli, dəyərini bilməli, ucuz və əlçatan olmamalı, başqasının ərinə "padxod" etməməli, özünü elə aparmalıdır ki, onu heç bir kişi alçaltmasın. Təəssüf ki, cəmiyyətimiz ucuz qızlarla, əlçatanlarla, bir az pulu olan oğlanlar qarşısında özlərini açıb buraxan və nəticə etibarı ilə küçə iti kimi atılan zənənlərlə doludur. Vaxt olsa bir az özünüzə hörmət edin. Qadın və xanım sözünü özünüzə yapışdırmayın. Siz axı belələrindən deyilsiniz. Heç vaxt da ola bilməzsiniz" sözlərini yazmışdı. (axşam.az)

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 134