İslandiya millisi ilə tarix yazmış məşqçi istefa verdibackend

İslandiya millisi ilə tarix yazmış məşqçi istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, İslandiya yığmasının çalışdırıcısı Heymir Hadlqrimson vəzifəsindən ayrılmağa qərar verib.

Öz istəyi ilə postunu tərk edən mütəxəssis yığma fəaliyyətinə 2011-ci ildə isveçli baş məşqçi Laş Laqerbekin köməkçisi kimi başlayıb. O, istefasının əsl səbəbini açıqlamasa da, komanda ruhu yarada bildikləri üçün futbolçulara təşəkkür edib.

2014-cü ildə baş məşqçi təyin olunan Heymir Haldqrimson millini ölkə futbolu tarixinin ən böyük uğurlarına daşıyıb. Onun rəhbərliyi altında İslandiya tarixində ilk dəfə yüksəldiyi AÇ-2016-da 1/4 finaladək irəliləyib, DÇ-2018-də isə qrupda qalıb. (oxu.az)

İnterpress.az