Görüntülü danışıqları yaddaşda saxlamaq mümkün olacaq » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Görüntülü danışıqları yaddaşda saxlamaq mümkün olacaq

"Skype” videomessencerinin növbəti yeniləməsində səsli və videozənglərin yazılması funksiyası əlçatan olacaq.

Dərc edilib: 17 iyul 2018 [22:47]
Baxış sayı: 11100

İnterpress.az xəbər verir ki, bundan əvvəl danışığın səs yazısını əldə etmək istəyən istifadəçilər kənar, əsasən pullu xidmətlərdən (məsələn, "Avaer”) istifadə etmək məcburiyyətində idilər.

Həmsöhbətlərdən biri danışığı yadda saxlamaq istədikdə digər həmsöhbətə bu haqda bildiriş göndəriləcək. Səs yazıları "bulud” saxlama sistemində saxlanıldığına görə onları istənilən qurğudan ("Windows”, "Mac”, "iOS”, "Android” və hətta "Linux”) dinləmək mümkün olacaq.

"Skype” proqramının yeni versiyası cari ayın sonuna kimi təqdim olunacaq.

Cari ilin yazında "Microsoft” korporasiyası "Android” mobil sistemi üçün "Skype” proqramının yüngül versiyasını təqdim edib. Proqram zəif qurğularda daha yaxşı işləyir, görüntü və səs daha yüksək keyfiyyətdə ötürülür. (sfera.az)

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 54