Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə


Hadisə   Video  

Anasını öldürdü, sonra soyunub küçəyə çıxdı - VİDEO

Türkiyədə anasını qətlə yetirən şəxs sonradan polisə çətin anlar yaşadıb.



Dərc edilib: 18 iyul 2018 [09:35]
Baxış sayı: 32323

İnterpress.az xəbər verir ki, insident İstanbulun Əyyubsultan rayonunun Bülbüldərə prospektində baş verib.

Həmin prospektdəki evlərində anası Türkan Uyğunu bıçaqlayaraq öldürən Mehmed Bahadır Uyğun sonradan xanımını və uşaqlarını bir taksi ilə yola salıb. Özü isə çılpaq vəziyyətdə küçəyə çıxıb. Əlində bıçaq küçə ilə hərəkət edən Uyğun ətrafdakıları da hədələyib. Yaxınlıqdakı iki polis bıçaqlı şəxsi saxlamaq istəsə də, buna nail ola biməyiblər. Mehmet Bahadır Uyğun bıçaqla onlardan birini yaralayıb.

Qısa bir zamanda hadisə yerinə başqa polislər və ətrafdakı sakinlər də toplaşıb. Bıçaqlı şəxs ayağından vurularaq zərərsizləşdirilib. Daha sonra isə xəstəxanaya aparılıb. Hazırda polis hadisə ilə bağlı araşdırma aparır. (apa)

İnterpress.az








Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 39