Rusiyada azərbaycanlı qanuni oğruların toplaşdığı kafe sökülürbackend

Rusiyada azərbaycanlı qanuni oğruların toplaşdığı kafe sökülür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yekaterinburqda hakimiyyət orqanları tərəfindən azərbaycanlı kriminal avtoritetlərin yığıncaqları üçün seçdikləri əfsanəvi kafenin sökülməsi qərara alınıb.

İnterpress.az xəbər verir ki, söhbət əfsanəvi \”Yeddi açarlı\” kafesindən gedir.

Bir neçə il bundan öncə prokurorluq Anarşskaya 18 və Anqarskaya 20/1 saylı binaların icazəsi olmadan istifadəyə verildiyini müəyyən edib.

Bir neçə il bundan əvvəl isə sözügedən ərazinin bələdiyyə başçısı kafenin sahibi – Fazil İlyas oğlu Əliyevi məhkəməyə verib. Kafenin sahibi bütün məhkəmələri uduzmasına baxmayaraq bölgəni sərbəst boşaltmaqdan imtina edib.

Məmurlar obyekti öz hesablarına sökdürməyə məcbur qalıblar.

Qeyd edək ki, “Yeddi açarlı\” kafesi daha çox \”qanuni oğru\”ların \”sxodka\”larının keçirildiyi məkan kimi tanınır. 2013-çı ilin sentyabrında Rusiyanın \”OMON\” hüquq-mühafizə orqanlarının kafedə keçirdiyi əməliyyat nəticəsində cinayətkar aləmin nümayəndələrinin 48 görüşünün qarşısı alınıb.

Rusiyanın Sverdlovsk vilayəti üzrə DİN Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, əsasən, sözügedən kafeyə toplsanlar arasında azərbaycanlı \”qanuni oğru\”lar üstünlük təşkil edir. Hüquq-mühafizə orqanların açıqlamasında əsasən oğruları idarə edən Teymur Sverdlovskinin olduğu göstərilir.

İnterpress.az