Direktorların işə qəbul qaydaları dəyişdiriləcək – İmtahan ləğv olunur? – AÇIQLAMAbackend

Direktorların işə qəbul qaydaları dəyişdiriləcək – İmtahan ləğv olunur? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilə qədər Azərbaycanın orta ümumtəhsil məktəblərində direktor olmaq istəyən müəllimlərin tabe olduqları təhsil şöbəsinin rəyi əsasında direktor imtahanında iştirakına icazə verilirdi. Təshil şöbəsinin rəyi olmadan müəllimin direktor olmaq iddiası uğursuzluqla nəticələnirdi. Bunun isə, bir sıra xoşagəlməz hallara yol açdığı deyilirdi. Amma bu ildən direktor olmaq istəyənlər üçün imtahan prosesinin ləğv olunduğu haqqında şayiələr yayılıb. Yayılan şayiələrdə Azərbaycanın orta ümumtəhsil məktəblərində direktor olmaq üçün imtahan yolu ilə deyil, digər proseslər əsasında təyinat olacağı iddia olunur.

Məsələ ilə əlaqədar olaraq, İnterpress.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov yayılan şayiələrin əsassız olduğunu bildirib. O, eyni zamanda, direktor olmaq istəyənlər üçün müsabiqənin test mərhələsinin ayxın zamanlarda həyata keçirilməsini qeyd edib: “Növbəti tədris ilinə qədər direktor olmaq istəyənlər üçün imtahan keçiriləcək. İyulun axırına qədər orta ümumtəhsil məktəblərində çalışmaq istəyən müəllimlərin işə qəbulu üzrə imtahan keçiriləcək. Avqustda isə vakant məktəblərə direktor təyin edilməsi üzrə müsabiqənin test mərhələsi həyata keçiriləcək. Direktorların işə qəbul qaydaları dəyişdiriləcək - İmtahan ləğv olunur? - AÇIQLAMABuradan da birmənalı olaraq, demək istəyirəm ki, direktor olmaq istəyənlər hazırlaşsınlar, oxusunlar və narahat olmasınlar. Bu ildən etibarən isə, müəllimlərin, daha doğrusu direktor olmaq istəyən şəxslərin imtahanlarda təhsil şöbələrinin rəyi olmadan iştirak etmələri nəzərdə tutulur. Həm müsabiqə, həm də müsahibə mərhələsində. Ümumilikdə, bundan sonra direktor vəzifəsinə yüksəliş pilləli şəkildə olacaq. Yəni, əvvəlcə, müəllim, sonra direktor müavini və daha sonra direktor olmaq şansı yaradılacaq. Hazırda bu kimi layihələr var. Amma konkret olaraq, direktor olmaq üçün imtahanların ləğv edilməsi gündəmdə deyil. Sadəcə olaraq, mexanizmlər daha da təkmilləşdirilir”.

\”Təhsil şöbələrinin müdirləri daha çox özlərinə sərf edən adamlar və əvvəlcədən razılaşdıqları şəxslərin direktor olması üçün müsbət rəy verirdilər\”

Ekspert qeyd edib ki, əvvəllər rayon təhsil şöbələrindən rəy ona görə alınırdı ki, direktor olmaq istəyən şəxsin yararlılığı müəyyən edilsin: ““Təhsil haqqında qanun”da deyilir ki, orta məktəblərdə direktor olmaq istəyənlərin 5 illik stajı olmalıdır. Əvvəllər rayon təhsil şöbələrindən rəy alınırdı ki, həqiqətən də bu şəxsin direktor olmağa yararlılığı müəyyən edilsin. Təbii ki, bu, rüşvətə və digər xoşagəlməz hallara yol açırdı. Təhsil şöbələrinin müdirləri daha çox özlərinə sərf edən adamlar və əvvəlcədən razılaşdıqları şəxslərin direktor olması üçün müsbət rəy verirdilər. Bununla da, bir çox perspektivli və işıqlı gənclərin fəaliyyətlərinin qarşısını alırdılar. Bu, birmənalı olaraq belədir. Etiraf edək ki, rayon təhsil şöbələri təhsilin üz qaralarıdır və təhsilə zərbə vuran orqandır\”.

\”Rayon təhsil şöbələri və yerli icra orqanları rayonun perspketivli müəllimlərini sıxışdırır və onlara şər və böhtan atır\”

K.Əsədov rayon təhsil şöbələrinin və yerli icra orqanlarının rayonun perspketivli müəllimlərini sıxışdırdığını, incitdiyini, həmin müəllimlərə şər və böhtan atdığını vurğulayıb. Onun sözlərinə görə, buna qarşı Təhsil Nazirliyi mübarizə aparmağa başlayıb:\”Belə deyək də, kiminsə 5 illik müəllimlik fəaliyyəti olubsa, gedib iki aylıq kursda iştirak edir və müsabiqənin bütün şərtlərindən keçib direktor olur. Burada bir neçə məqamı demək istəyirəm. Bəzən, olur ki, rayon təhsil şöbələri və yerli icra orqanları rayonun perspketivli müəllimlərini sıxışdırır, incidir, şər və böhtan atırlar. Onları işləməyə qoymurlar. Təhsil Nazirliyi bütün bu məsələlərə qarşı mübarizə aparır. Gəlin etiraf edək ki, rayon təhsil şöbələri və yerli icra hakimiyyəti orqanları orta məktəblərə ciddi şəkildə müdaxilə edirlər. Buna görə də, Təhsil Nazirliyi çalışır ki, rayon təhsil şöbələrinin və yerli icra hakimiyyəti orqanlarının rolu olmadan direktorların təyinatı həyata keçirilsin. Amma, yenə də deyirəm, bu, direktor olmaq üçün imtahanların ləğv edilməsi demək deyil”.

\”Direktor olmaq üçün müəllim olmaq lazım deyil, menecer olmaq lazımdır\”

K.Əsədov direktorların işə qəbulu prosesinin hansı üsulla davam etdirilməsinin məqsədəuyğunluğundan və ədalətliliyindən də danışıb. O hesab edir ki, direktorların imtahan və təyinat yolu seçilməsi düzgün deyil: “Əvvəllər, Azərbaycanda, Türkiyədə və MDB ölkələrində direktor təyinat yolu ilə müəyyən edilirdi. Mən Təhsil Nazirliyinə təklif etmişəm ki, direktorlar seçki yolu ilə təyin edilsin. Misal üçün, bir şəxsin 5 il müəllimlik fəaliyyəti olubsa, gedib direktor ola bilir. Amma o, məktəb idarəçiliyini, təhsilşünaslığı bilmir. Çünki, o, müəllimdir, menecer deyil. Azərbaycanda təəssüflər olsun ki, təhsil idarəçilliyi ixtisası yoxdur. Məsələn, Finlandiyada belədir ki, ayrıca təhsil idarəçiliyi ixtisası vardır. Azərbaycanda da belə olmalıdır. Müəllimlik ixtisası ilə yanaşı, təhsil idarəçiliyi ixtisası olmalıdır ki, bu sahənin də mütəxəssisi olsun. Hamı satıcı ola bilər, amma biznesin təşkili və idarə olunması ixtisası varsa, təhsilin də təşkili və idarə olunması ixtisası olmalıdır. Bir sözlə, direktorların yetişdirilməsi birbaşa olaraq universitetlərdən başlanılmalıdır. Bundan əlavə, birbaşa olaraq bir şəxsi direktor təyin etmək də düzgün deyil. Ona sınaq müddəti vermək lazımdır ki, idarəçiliyi öyrənsin”.

Səid Qərib
İnterprss.az