Qanunsuz heyvan kəsimi fəaliyyətlərini dayandırmaq üçün reydlərə başlandı » İnter Press

Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla


Qanunsuz heyvan kəsimi fəaliyyətlərini dayandırmaq üçün reydlərə başlandı

Uyğun olmayan heyvan kəsimi məntəqələrinin fəaliyyətini dayandırmaq üçün reydlərə başlanılıb.

Dərc edilib: 18 iyul 2018 [17:06]
Baxış sayı: 6306

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyi tələblərinə, sanitar-gigiyenik normalara uyğun olmayan heyvan kəsimi məntəqələrinin fəaliyyətini dayandırmaq üçün Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə reydlərə başlayıb.

Bu barədə İnterpress.az-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi ilə məşğul olan şəxslərdən qanunsuz fəaliyyətlərini dayandırmağı tələb edib.

Bildirilib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu cür fəaliyyətlərin aradan qaldırılması üçün reydlər davam etdiriləcəcək və qanunla müəyyən olunmuş qaydada ciddi tədbirlər həyata keçiriləcəcək.

İnterpress.az










Oxşar xəbərlər

Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?


Cəmi səslər: 54